morze
morzeçi
OBASTAN VİKİ
Morze əlifbası
Morze kodu — telekommunikasiyada mətn simvollarını nöqtə və tire adlanan iki fərqli siqnal müddətinin standartlaşdırılmış ardıcıllığı kimi kodlaşdırmaq üçün istifadə olunan üsul. Morze əlifbası elektrik teleqrafı üçün qəbul edilmiş sistemin ilk tərtibatçılarından biri olan Samuel Morzenin adını daşıyır. Beynəlxalq Morze kodu a-dan z-yə kimi 26 əsas Latın hərfini, bir vurğulu Latın hərfini (é), ərəb rəqəmlərini və durğu işarələri və prosedur siqnallarının kiçik dəstini kodlaşdıra bilir. Böyük və kiçik hərflər arasında heç bir fərq yoxdur. Hər bir Morze kodu simvolu nöqtə və tire ardıcıllığı ilə formalaşır. Siqnalın aydınlığı və operatorun bacarığına görə müddət dəyişə bilər, lakin hər hansı bir mesaj üçün müəyyən edildikdən sonra bu Morze əlifbasında əsas vaxt ölçü vahididir. == Tarixi == 6 yanvar 1836-cı ildə amerikalı ixtiraçı və rəssam Samuel Morze (Samuel Morse) Nyu-Cersi ştatının Morristaun şəhərində teleqraf aparatını nümayiş etdirmiş və bu aparat vasitəsilə özünün yaratdığı kodla ilk teleqramı göndərmişdir. Teleqramın ötürmə məsafəsi 3 km-ə yaxın, mətni isə bir neçə sözdən ibarət idi: "A patient waiter is no loser" ("Səbr edən heç vaxt uduzmur"). Bu tarixdən etibarən bütün dünyada məlumatın teleqraf vasitəsilə ötürülməsində standart kimi Morze əlifbasından istifadə edilməyə başlanmışdır. Əlifbanın hər bir hərfi nöqtə və tirelərdən ibarət idi.
Edvard Morze
Edvard Silvester Morze (18 iyun 1838, Portlend[d], Men ştatı – 20 dekabr 1925) – ABŞ-lı zooloq, astronom və Yaponiya mədəniyyəti üzrə mütəxəssis. Quru ilbizlərini, molyuskları və çiyinayaqlıları tədqiq etmişdir. Yaponiya arxeologiyasının qurucusu hesab olunur. 1877–80-ci illərdə Yaponiyada olmuş, yapon dulusçuluq sənətini və yapon evlərini öyrənmişdir. Yaponiyanın "Doğan günəş" ordeni ilə mükafatlandırılan ilk amerikalıdır. Bir çox elmi cəmiyyətin, eləcə də, ABŞ Milli Elmlər Akademiyasının üzvü olmuşdur. == Həyatı == === İlk illəri === 1838-ci ildə ABŞ-nin Men ştatının Portlend şəhərində anadan olmuşdur. Conatan Morze və Ceyn Bekketin oğlu idi. Atası qunduz xəzi biznesi ilə məşğul idi, anası elmlə maraqlanan qadın idi. Uşaqlıqda Morze balıqqulağı toplamağı sevirdi və 17 yaşında Portlend Təbiət Tarixi Cəmiyyətinə qoşulmuşdu.
Samuel Morze
Samuel Finli Briz Morze (ing. Samuel Finley Breese Morse, 27 aprel 1791[…], Çarlztaun[d] – 2 aprel 1872[…], Nyu-York, Nyu-York ştatı) — amerikalı portret və tarixi səhnələr rəssamı, tək telli teleqraf sisteminin, Morze əlifbasının yaradıcısı. == Haqqında == Samuel Morze 19 yaşında Yel Universitetini bitirib. Londona gedib geri döndükdən sonra portret janrı o dövrdə çox populyar olduğuna görə bu janrda rəsmlər çəkməyə başlayıb. "Köhnə millət məclisi", "Luvr qalereyası" "Heraklın sonu" onun ən məşhur tablolarındandır. 1826-cı ildə Milli İncəsənət Akademiyasının qurulmasında böyük rolu olub, bu qurumun ilk başçısı seçilib. 1832-ci ildə Nyu-York Universitetinin Rəsm və Heykəl Şöbəsinin professoru olub. Teleqraf sistemi ilə əlaqəli tədqiqata başlayandan sonra rəssamlıq fəaliyyətinə ara verib. Morzenin mexaniki araşdırmalara marağı gənc yaşlarında başlamışdır. 1832-ci ildə etdiyi okean səyahətində, Charles Tomas Jacksonun elektriklə əlaqədar son inkişafları izah etməsi üzərinə, Nyu-York Universitetində elektromaqnetik mövzularında öyrəndikləri mövzular, başında elektrikli teleqraf fikrini doğurdu.
Alban əlifbası
Alban əlifbası və ya Alban yazısı (alb. 𐔰𐔾𐔸𐕒̅𐔱𐔴𐔸, transliterasiya: alto͞bet, tərcümə: Alt və Bet) — Qafqaz albanlarının dili üçün istifadə olunan yazı sistemi. == Yaranması və istifadəsi == Alban əlifbasının yaradılması haqqında əsasən ermənidilli qaynaqlar məlumat verir. V əsr erməni tarixçisi Koryunun 443–451-ci illər arasında yazılmış Maştotsun həyatı adlı əsərində Benyamin adlı alban bir din adamının Maştotsu ziyarət etməsini göstərir. Zaza Aleksidzenin fikrincə bu hadisə 422-ci ildə baş vermişdir. Hekayəyə görə Maştots Ermənistandan Albaniyaya gələrək hökmdar Yesuagenin sarayına daxil olur, bundan əlavə Alban katolikosu İyeremiya ilə də görüşür. Koryunun yazdıqlarına görə əlifba qısa bir müddətdə Albaniyada yayılıb, əlifbanın öyrədilməsi üçün məktəblər açılıb, Bibliya tərcümə edilib, hətta bu dildə yazılan materiallardan ermənicəyə tərcümə üçün də istifadə olunub. Əlifba daha sonra Balasakan ərazisində də qəbul edilib və buranın yepiskopu Muşeğ əlifbanın təbliği işində iştirak edib. Koryun Maştotsun Yesuagenlə harada görüşdüyünü qeyd etməsə də, Aleksidzenin fikrincə böyük ehtimal bu görüş Kabalakada baş tutmuşdur. Koryun əlifbanın yaradıldığı dilin "Alban dili" olduğunu qeyd etsə də, Movses Xorenli və Moisey Kalankatlı bu əlifbanın "Qarqar dili" (erm.
Avar əlifbası
Avar əlifbası — avar dilində yazı üçün istifadə olunan əlifba. Mövcud olduğu müddətdə müxtəlif qrafik əsaslarda fəaliyyət göstərmiş və dəfələrlə islahatlar aparılmışdır. Hazırda avar yazısı kiril əlifbasındadır. Avar yazı tarixində aşağıdakı mərhələlərə bölünür: XV əsrdən 1928-ci ilə qədər — ərəb əlifbası əsasında yazı; 1860–1910-cu illər — kiril əlifbasına əsaslanan yazı (ərəblə paralel); 1928–1938-ci illər — latın əsasında yazı; 1938-ci ildən — kiril əlifbasına əsaslanan müasir yazı. == Ərəb qrafikası == Avar yazısının ən qədim abidələri Dağıstanın Xunzax rayonunda aşkar edilmiş daş xaç və lövhələr üzərində üç gürcü — avar ikidillidir. Bu yazılar gürcü qrafikası ilə yazılmışdır. Onlardan birini 1940-cı ildə akademik A. S. Çikobava, digərini Xunzax kəndindən olan T. E. Qudava, üçüncünü Qotsatl kəndindən olan K. Ş. Mikaylov deşifrə etmişlər. Bu yazılar 12–14-cü əsrlərə aiddir . İslam dini Dağıstanda yayıldıqdan sonra ərəb yazısı da onunla birlikdə nüfuz edir. Ərəb qrafikası əsasında avar yazısının ən qədim abidəsi Qunib rayonunun Koroda kəndində 13–14-cü əsrlərə aid olan kitabədir.
Azərbaycan əlifbası
Azərbaycan əlifbası (az-əbcəd. آذربایجان الفباسی‎, azərb-kiril. Азәрбајҹан әлифбасы) — Azərbaycan dilinin əlifbası. Azərbaycan Respublikasında latın qrafikalı, Cənubi Azərbaycanda ərəb qrafikalı, Dağıstanda isə kiril qrafikalı əlifbadan istifadə olunur. == Tarixi == Orta Türk dili dövründən (900–1500-cü illər) etibarən ərəb yazı sistemi İslam dünyasının bütün türkdilli ərazilərində istifadə edilirdi. Bu yazı sisteminin Xarəzm, Çağatay, Volqa, Osmanlı və Azərbaycan türkçəsi üçün variantları ortaya çıxmışdır. Ərəb yazı sistemi ilə Azərbaycan dilində ilk yazılı mətnlər XIV–XV əsrlərə aiddir. Bu yazı sisteminə yalnız türk dili üçün xarakterik olan bəzi hərflər (ڭ گ ۋ ﭺ پ ژ) də daxil idi. XVI əsr şairi Məhəmməd Füzuli kimi Azərbaycan mədəniyyətinin nümayəndələri tərəfindən ərəb yazı sistemi Azərbaycan dili üçün çox çətin bir sistem olaraq qeyd edilirdi. Şah I Abbasın dövründəki çarlıq Rusiyası mənbələrinə görə, rus səfirləri Səfəvi şahının cavabının türk dilində, tatar yazısı ilə olmasını arzulamışdır.
Brahmi əlifbası
Brahmi — qədim hind heca yazılarından biri. E.ə. VIII-VII əsrlərdə yarandığı ehtimal olunur. Oxunmuş ilk abidələri Sohqauradan tapılmış mis lövhə (e.ə. IV əsr), padşah Aşokanın (e.ə. III əsr) qaya üzərində yazılmış fərmanlarıdır. Brahminin mənşəyi müəyyənləşdirilməmişdir. Brahmi əlifbası 4 sait və 31 hecadan (samit+qısa “a” saiti), samitin burunda tələffüz olunmasını göstərən xüsusi işarədən ibarət idi. Soldan sağa yazılırdı. Hindistan Şri-Lanka (Seylon), Birma ,Tailand və s.
Brayl əlifbası
Brayl əlifbası — 1821-ci ildə Luis Brayl tərəfindən ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifba. "Braille"nin gözdən əlillər üçün şriftlərin ixtira etməsinə səbəb müharibə olubmuş. Napoleonun sifarişi ilə Charles Barbier relyefli şrift tərtib edir, ondan ötəri ki, gecə vaxtı əsgərlər pıçıldaşmadan, işıq yandırmadan bir toxunuşa məlumatları bir-birlərinə ötürə bilsinlər. Lakin bunun praktik cəhətdən öyrənilməsində əngəllər olur. Braille şriftlərlə tanış olduqdan sonra, əsas çatışmamazlığı tapır, "Barbier"in şrifti 12 nöqtə ilə kodlaşdırıldığından hansı simvolun olduğunu müəyyən etməkdə çətinlik yaranır. Beləliklə, sayı 12-dən 6-ya endirilir. Bununla da həmin şriflər dünyanın hər yerində bu günəcən istifadə edirlər. == Əlifba == === Digər simvollar === == Kiril qrafikalı Brayl əlifbası == Brayl əlifbası digər qrafikalı əlifbalar, o cümlədən Kiril qrafikalı dillər üçün də mövcuddur. Rus dili üçün əlifba bu şəkildədir: == Mənbə == Чарт Unicode с глифами для шрифта Брайля (ing.) История возникновения шрифта Брайля Arxivləşdirilib 2010-07-22 at the Wayback Machine Система Брайля — русскоязычный сайт Arxivləşdirilib 2017-10-24 at the Wayback Machine Конвертер текста с русского и английского в азбуку Брайля – поддерживается весь русский и английский алфавиты, цифры и некоторые символы.
Erməni əlifbası
Erməni əlifbası (erm. Հայերենի այբուբեն) – Erməni dilinin yazılması üçün istifadə edilən əlifba. 38 hərfdən ibarətdir. Mesrop Maştos tərəfindən yaradılmışdır. V əsrə qədər ermənilər tərəfindən yunan, suriya və aramey yazısından istifadə olunmuşdur. Müasir ermənilərin istifadə etdikləri indiki əlifba efiopiya yazısının tam oxşarıdır. Belə nəticəyə gəlmək mümkündür ki, Mesrop Maştos məhz erməni əlifbasını ixtira etməmiş (yuxusunda görməmiş), efiopiya (həbəş) yazısı əsasında yaratmışdır. Təxmin edilə bilər ki, erməni əlifbası həbəş mədəniyyətinin təsirinin nəticəsində formalaşmışdır. Erməni əlifbasının yaranması haqqında ikinci mübahisə doğuran nəzəriyyəyə əsasən əlifba V əsrdə suriyalı din xadimi Danil tərəfindən hazırlanmışdır. Digər bir fərziyyəyə əsasən əlifbaya daxil edilmiş hərflər zərdüşt yazılarından götürülmüşdür.
Gürcü əlifbası
Gürcü yazısı – müstəqil fonetik yazı sistemi. Gürcü dilində yazmaq üçün Asomtavruli, Nusxuri və Mxedruli yazılarından istifadə olunur və hər üç yazının hərfləri bir-birinin ekvivalenti olub, eyni ad və əlifba sırasına malikdirlər, üçü də tək kameralıdır (böyük və kiçik hərflər arasında fərq yoxdur). Baxmayaraq ki, onların hər üçü istifadə olunur, Mxedruli yazısı (aşağı bax) gürcü dili və onunla əlaqəli olan digər kartvel dilləri üçün standart yazı hesab olunur. Gürcü yazıları orijinalda 38 hərfdən ibarətdir. Lakin hazırda gürcü dilində 33 hərfdən istifadə olunur, çünki beş hərf köhnəldiyi üçün istifadədən çıxarılmışdır. Meqrel əlifbasında 36 hərfdən istifadə olunur: gürcü dili üçün istifadə olunan 33 hərf, həmin dil üçün köhnəlmiş olan bir hərf və əlavə olaraq Meqrel və Svan dilləri üçün spesifik olan iki hərf. Həmin hərflər, üstəlik Yunan əlifbasından bir hərf də əlavə olmaqla 35 hərf Laz əlifbasında istifadə olunur. Dörd kartvel dilindən yalnız Svan dili yazı sisteminə malik deyil, lakin, bu dildə yazmaq istəyərkən Meqrel əlifbasının hərflərindən istifadə olunur, bəzən də çoxsəsliliyi təmin etmək üçün diakritik işərələr tətbiq olunur. Gürcü yazıları Gürcüstan mədəni irsində milli statusu daşıyır və hazırda UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına salınmağa namizəddir. == İlk baxış == == Tarixi və mənşəyi == Gürcü yazılarının mənşəyi haqqında çox az məlumat var, gürcü və xarici alimlər arasında gürcü yazılarının tarixi, həmin yazıların kim tərəfindən yaradılması və bu prosesə əsas təsir edən amillər haqqında ortaq rəy yoxdur.
Hiraqana əlifbası
Hiraqana (ひらがな) — X əsrdə Yaponiyada yaranan əlifbadır. Bu xətt Çindən Yaponiyaya gətirilmiş kanci xəttindən yaranıb. "Hiraqana" "yumşaq kana" deməkdir.
Kiril əlifbası
Kiril qrafikası, köhnə mənbələrdə Kirill (azərb-kiril. Кирилл) — bir çox dillərin əlifbalarının qrafiki təsviri. Kiril əlifbası aşağıdakı slavyan dillərində istifadə olunur: belarus dili bolqar dili makedon dili rusin dili rus dili serb dili ukrayna dili çernoqor dili Bu əlifba həmçinin keçmiş Sovet İttifaqında 100-dən artıq xalqın əlifbasının tərtib olunmasında istifadə edilmişdir. Hazırda Rusiyada yaşayan əksər xalqlar və müstəqillik qazanmış bəzi keçmiş Sovet respublikaları bu əlifbadan istifadə etməkdədirlər. Həmin ölkələr aşağıdakılardır: Qazaxıstan Qırğızıstan Moldova Tacikistan == Əlifbalar müqayisəsi == Š=Ť və Ž=Ď. Ķķ=Ⱪⱪ və Ḩḩ=Ⱨⱨ Uzun səslər: Â, Ê, Î, Ô, Û. Yarı səslər: Ă, Ĕ, Ĭ, Ŏ, Ŭ (Qırtlaq hərfləri). Ṫ hərfi əlifbada olmayan T-D səsidir (Ərəbcə:ط). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər. Ż hərfi əlifbada olmayan Z-S səsidir (Ərəbcə:ظ). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər. ٯ = ق (Qırtlaq K hərfi) və ya ڨ (Qırtlaq G hərfi).
Kore əlifbası
Hanqıl (kor. 한글 Hangeul, Cənubi Koreyada), (kor. 조선글 Chosŏn'gŭl, Şimali Koreyada)- Koreya əlifba sistemidir. Koreya əlifbası, loqoqrafik Çin simvolları olan Hancadan tamamilə ayrı əlifbadır. Koreya əlifbası XV əsrin ortalarında Coson krallığı zamanı yaradılmış və hazırda həm Şimali Koreya və həm Cənubi Koreyanın rəsmi əlifbadır. == Koreya yazısı == Koreya dilində mətnlərin yazılışında istifadə olunan fonetik hərfi-hecalı yazı. Koreyada bir neçə yazı sistemindən istifadə olunmuşdur. 1444-cü ildə hökmdar Böyük Seconun təşəbbüsü ilə hazırlanmış və 1446-cı ildən dövlət əlifbası kimi (çon əlifbası adlandırılmışdır) təsdiqlənmişdir. Müasir Koreya əlifbası 40 qrafemdən ibarətdir.
Latın əlifbası
Latın əlifbası, müasir latın əlifbası — 26 hərfdən ibarət olaraq bir çox dillərin əlifbalarının qrafiki təsviri. Roman, german, kelt və baltik dillər qruplarında və slavyan, fin-uqor, türk, semit və İran dil qruplarında bəzi dillər, alban və bask dili, həmçinin Hind-Çin, Myanma, Zond arxipelaqı, Afrika (Saxaradan cənuba), Amerika, Avstraliya və Okeaniya dilləri latın qrafikası əsasında əlifbaya malikdirlər. Bəzi dillərin səs zənginliyini göstərməyə latın hərfləri azlıq etdiyindən onların müxtəlif modifikasiyasından istifadə edilir. Məsələn, Azərbaycan dilində: Ç (c-cedilla), Ə (Schwa), Ğ (g-breve), İ (I-dotted), Ö (O-diaeresis), Ş (s-cedilla) və Ü (u-diaeresis). Latın qrafikası latın mədəniyyətinin əsaslarından hesab edilir. == Hərflər == A, B, C, D, E, F, G, H, I, K, L, M, N, O, P, Q, R, S, T, V, X, Y, Z (J, U və W yox.) a, b, c, d, e, f, g, h, i, k, l, m, n, o, p, q, r, s, t, v, x, y, z (j ,u və w yox.) == Əlifbalar müqayisəsi == Š=Ť və Ž=Ď. Ķķ=Ⱪⱪ və Ḩḩ=Ⱨⱨ Uzun səslər: Â, Ê, Î, Ô, Û. Yarı səslər: Ă, Ĕ, Ĭ, Ŏ, Ŭ (Qırtlaq hərfləri). Ṫ hərfi əlifbada olmayan T-D səsidir (Ərəbcə:ط). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər. Ż hərfi əlifbada olmayan Z-S səsidir (Ərəbcə:ظ). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər.
Laz əlifbası
Laz əlifbası (lz. Lazuri Alboni/ლაზური ალბონი) — Laz xalqı tərəfindən istifadə olunan əlifba. == Tarixi == Uzun müddət lazların əlifbası olmamışdır. Amma 1920-ci illərdən etibarən laz dilinin əlifbasının yaradılması üçün işlər aparılmağa başlanmışdır. Proffessor Niko Maara görə Osmanlı padşahı II Əbdülhəmid dövründə bu işlə məşğul olan Hopalı Faiq Əfəndi təzyiqlərə məruz qalmışdır, ailəsi ilə birlikdə sürgün edilərək işləri alınmışdır. Laz əlifbasının yaradılmasındaən böyük pay sahibi İsgəndər Zitdir. İsgəndər Zit 1920-ci illərdə SSRİ-də latın mənşəli Laz əlifbası hazırlamışdır. O dövrdə SSRİ-də açılan laz məktəblərində bu əlifbadan istifadə olunmuşdur. Həmçinin İsgəndər Zit bu əlifba ilə birçoxkitab yazmışdır. İsgəndər Zit lazdilinin yazılı dil olması üçün göstərdiyi cəhdlərə görə 1938-ci ildə öldürülmüşdür.
Macar əlifbası
NATO əlifbası
NATO əlifbası – ən çox istifadə olunan radio əlifbası. Hər ingilis hərfinə bir kod sözü aiddir, buna görə bütün məlumat, o cümlədən rəqəmlər dildən asılı olmayaraq anlaşılır. Əlifba Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən tərtib edilmiş, ən çox NATO-da işlədilir. Digər beynəlxalq təşkilatlarda da istifadə olunur.
Orxon əlifbası
Orxon əlifbası (həmçinin Qədim Türk əlifbası, Orxon-Yenisey əlifbası, Göytürk əlifbası) — VIII-X əsrlər arasında istifadə olunmuş türk əlifbası. Əlifba 1889-cu ildə Nikolay Yadrintsev tərəfindən təşkil olunmuş ekspedisiya Orxon vadisində keçdiyi üçün belə adlandırılmışdır. Orxon abidələrindəki yazıların mətni ilk dəfə Vasili Radlov tərəfindən yayımlanmış və 1893-cü ildə Vilhelm Tomsen tərəfindən deşifr olunmuşdur. == Kökləri == Vilhelm Tomsen tərəfindən irəli sürülmüş və geniş olaraq qəbul olan fikir bu əlifbanın Arami əlifbasından törədiyidir. Tomsen həmçinin alternativ bir fikir olaraq bu əlifbanın Çin yazısından törəmiş ola biləcəyini irəli sürür. == Yazılı abidələri == 200-ə yaxın yazılı abidə və bir miqdar əlyazma dövrümüzə gəlib çatmışdır. VII - X əsrlərə aid olan bu abidələr əsasən müasir Monqolustan, Cənubi Sibirdəki Yenisey hövzəsi, Altay dağları və Sintszyan bölgəsində yerləşir. Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin Dil Komitəsinə əsasən Orxon bölgəsində 54, Yenisey bölgəsində 106, Talas bölgəsində 15, Altayda 78 belə epiqrafik abidə mövcuddur. Əlyazma nümunələri isə Qədim Uyğur dilində yazılmışdır. Irk Bitig bunlardan biridir.
Osmanlı əlifbası
Osmanlı əlifbası — Osmanlı dövründə ərəb əlifbasının əsasındə qurulan əlifba. == Əlifba == 1A correct Ottoman variant of gef will have the "mini-kaf" of ﻙ and the doubled upper stroke of گ. This feature is surely rare in current fonts.
Qaqauz əlifbası
Qaqauz əlifbası — qaqauz dilində yazmaq üçün istifadə olunan əlifba. Əlifba var olduğu dövr ərzində müxtəlif qrafik əsaslarla mövcud olub və dəfələrlə islahatlara məruz qalıb. Son islahatlardan sonra qaqauz əlifbası latın əlifbasının əsasında fəaliyyət göstərir. Əlifbanın inkişaf dövrü 3 hissəyə bölünür: 1957-ci ilə qədər — əlifbanın yaradılması üçün ilk cəhdlər. 1957–1993-cü illər — kiril əlifbasının əsasında olan əlifba. 1993-cü ildən etibarən — latın əlifbasının əsasında formalaşmış müasir əlifba. == İlk təcrübələr == Qaqauz əlifbası ilə mətnlər ilk dəfə rus alimi V.Moşkov tərəfindən 1895–1896-cı illərdə nəşr edilib. Mətnlərin yazılışı üçün o Elmlər Akademiyasının kiril əlifbası ilə olan türkoloji əlifbasından istifadə etmişdir. Əlifba bu hərflərdən ibarət idi: а, б, в, г, д, е, ж, з, j, i, к, л, м, н, о, п, р, с, т, у, ф, х, ц, ч, ш, ы, џ, ӡ, l, h, ā, ē, ī, ō, ӯ, ы̄, ö, ȫ, ÿ, ä, ǟ. Hərflərin üzərindəki simvollar ………….
Qibti əlifbası
Qibti əlifbası — qibti dilinin əlifbası.
Qot əlifbası
Qot əlifbası IV əsrdə İncilin müxtəlif dillərə tərcüməsi üçün hazırlanmış əlifbadır. Qot dili əvvəllər haqqında az şey məlum olan run əlifbası ilə yazılmışdır. Run əlifbasının qotlar tərəfindən kəşf edildiyi iddiasını sübut etmək qeyri-mümkündür, çünki çox az sayda qot dilində runik əlifbası ilə yazılmış yazı qalmışdır. Qot əlifbası eramızın IV əsrinin ortalarında vestqotların dini lideri yepiskop Ulfilas (Vulfila) (eramızın 311-383-cü illəri) tərəfindən xalqına yazılı dil və İncilin tərcümə edilmiş mətnlərini oxumaq imkanı vermək üçün oxu aləti kimi icad edilmişdir. Əlifba latın və runik əlifbalarından əldə edilmiş bəzi əlavələrlə yunan əlifbasına əsaslanır.
Run əlifbası
Run əlifbası kəhanət məqsədləri üçün istifadə olunan simvollardan ibarət, təxminən e.ə. 200-cü ildə yaradılmış qədim Skandinaviya əlifbasıdır. Qədim skandinav mifinə görə tanrı Odin doqquz gün yaralı şəkildə İqqdrasil ağacından (dünya ağacı) başı-aşağı asılaraq Run əlifbasını aşkar etmişdi. Üç məlum Run əlifbası var: "böyük" və "kiçik" Futark (Futark bu əlifbanın ilk altı hərfinin transliterasiyasıdır), Anqlo-Sakson futorku və Danimarka skript əlifbası. "Rune" pıçıltı, sirr, gizli hikmət deməkdir. Böyük Futark ən qədim əlifbadır və 24 hərfdən ibarətdir. Müxtəlif dövrlərdə ən az on altı, ən çox isə otuz üç run simvolu mövcud olmuşdur. Run əlifbası əvvəllər dini məqsədlər üçün istifadə edilmişdir və bəzi alimlər inanırlar ki, qədimdə sadəcə run əlifbasının oxunması ilə məşğul olan xüsusi sinif kahinlər mövcud olmuşdur. Uzun illər ərzində bir çox permutasiya və dəyişikliklər "böyük" və "kiçik" Futark və Danimarka "qısa çubuq" şrifti daxil olmaqla bir neçə variantın yaranmasına səbəb olmuşdur. Nəhayət, on altı simvoldan ibarət əlifbadan daha geniş miqyasda istifadə olunmağa başlanmışdır.
Rus əlifbası
Rus əlifbası (ру́сский алфави́т, russkiy alfavit və ya ру́сская а́збука, russkaya azbuka) rus dilində istifadə olunan əlifbadır.
Saxur əlifbası
Saxur əlifbası — saxur dilində yazmaq üçün istifadə olunan əlifba. Orta əsrlərdə saxurlar dəyişdirilmiş ərəb əlifbasından — əcəmdən istifadə edirdilər. 1934–1938-ci illərdə saxur əlifbası SSRİ -də latın qrafikası əsasında istifadə edilmişdir. 1990-cı ildən Rusiyadakı saxurlar kiril əlifbasına əsaslanan əlifbadan istifadə edirlər. 1996-cı ildən Azərbaycanda latın qrafikasına əsaslanan saxur əlifbasından istifadə edilir . == Ərəb qrafikası == XI əsrin sonlarında Dağıstanda ilk mədrəsə Saxur kəndində yaradılmışdır. XIII əsr ərəb coğrafiyaşünası Zəkəriyyə əl-Qəzvininin əsərlərini araşdıran sovet alimi A.N.Genko müəyyən etmişdir ki, o dövrdə saxurlar öz dillərini yazmaq üçün dəyişdirilmiş ərəb əlifbası olan "Əcəm"dən istifadə edirdilər. Genko yazırdı: "Bizim yerli yazının mövcudluğu faktı var və bu yazı saxurdur. Bizdə saxur dilinə tərcümə olunmuş əsərlər var". Məlumdur ki, "Muzani məcmuəsi" və "İmam əl-Şafeinin kitabı" kitabları ərəb dilindən saxur dilinə tərcümə edilmişdir.